Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

35 ölkə və 45 bölgəyə Qurban yardımı

Qurbanlıq qiymətləri ölkələrə görə müəyyən edilib…

Yardıməli Dərnəyi bu il də türkiyəli xeyirxah insanlardan topladığı minlərlə qurbanı 35 ölkədə və 45 bölgədə kəsərək ehtiyac sahibi olan ailələrə çatdıracaq.

“Din.az” xəbər verir ki, Türkiyədəki Qurban təlaşı ilə birlikdə Yardıməlim Dərnəyi 35 ölkə və 45 bölgədə hazırlıqlarını tamamlayıb.

Bu Qurban bayramında Yardıməli Dərnəyinə bağışlanacaq qurbanlar müəyyən edilmiş ölkə və bölgələrdə kəsilərək ehtiyac sahiblərinə çatdırılacaq.

Qurbanlıq qiymətləri ölkələrə görə müəyyən edilib…

10 ildir Qurban Bayramı ilə əlaqədar təşkilatçılıq işləri aparan Yardıməli Dərnəyi ölkə və bölgələrə görə qurbanlıq qiymətlərini müəyyən edərək xeyirxah insanlara istədikləri ölkə və bölgələrdən seçim etmələri üçün fürsət verir.

Aysa və Afrika üçün 375 lirə olaraq müəyyən olunan Qurbanlıq paylar, Balkanlar üçün 625 lirə, Türkiyə üçün 700 lirə və Fələstin/Qəzza üçün 800 lirə olaraq müəyyən edilib.

2015-ci ildə on minlərlə ailəyə qurban payı çatdıran Yardıməli Dərnəyi, 2016-cı il üçün daha çox qurban payları ilə daha çox yetim və möhtacı olan insanlara çatdırmağı hədəfləyib.

Bölgələrdə nələr ediləcək?

Yer üzünün dörd bir tərəfinə Qurban payları ilə gedəcək olan Yardıməli qrupu əvvəlcə vəkalət yolu ilə bağışlanan qurbanları kəsərək ehtiyacı olanlara çatdıracaqdır. Əslində sədəqə verənlərin salamını, məhəbbətini və qardaşlığını könüldən-könülə daşıyaraq fərqli yerlərdə yaşayan qardaşlarımıza ümid olacaqdır.

35 ölkə və 45 bölgədə dərnək üzvlərini dörd gözlə gözləyən qardaşlarımıza dəstək olunacaq, həyat tərzlərinin yaxşılaşdırılmasına kömək ediləcək. Ölkə və  bölglərin ehtiyaclarına uyğun işlər aparılacaq. Təhsil müəssisələri, xəstəxanalar, peşə məktəbləri, yetimxanalar və məscidlərin təməli atılacaq və ya açılışı olacaq. Qardaş ailələr ziyarət edilərək körpülər qurulacaq.

Qurbanın təşkil ediləcəyi ölkələr…

Anadoludan Balkanlara, Asiyadan Afrikaya, Yaxın Şərqdən Qafqaza kimi ehtiyacı olanlara və yetimlərə çatdırılacaq qurbanlar başda Türkiyə olmaqla Əfqanıstan, Arakan, Albaniya, Azərbaycan, Banqladeş, Bosniya, Bolqarıstan, Türkistan, Efiopiya, Qəzza, Gürcüstan, İraq, Qazaxıstan, Keniya, Kəşmir, Qırğızıstan, Kosova, Qüds, Livan, Macarıstan, Makedoniya, Mali, Misir, Monqolustan, Mavritaniya, Nigeriya, Pakistan, Somali, Sudan, Suriya, İordaniya və Yəmən…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...