Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

36 şəhərdə Quran ziyafəti

Türkiyədə keçirilən ziyafət bir həftə davam edəcək

Beynəlxalq Qurani Kərimi gözəl oxuma yarışmasında keçən il və bu il dərəcəyə girən hafizlər, Türkiyə turuna çıxaraq 36 ölkədə vətəndaşlara Quran tilavəti təqdim edəcək.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ilk günü 19 iyunda Bursa, Malatya, Yalova, Bolu və Kocaelində gerçəkləşdirilən proqram 26 iyuna qədər davam edəcək.

46 ölkədən hafizlik və Qurani Kərimi gözəl oxuma kateqoriyasında ümumilikdə 82 nəfərin iştirak etdiyi yarışmada dərəcəyə girməyi bacaran İndoneziyadan Zainal Abidin, Filippindən Moner Mamasabulod Pandıta, Mohamed Sameer Magahed, Bangladeşdən Abdul Akher və Somalidən Omar Osman Əli “Quran Ziyafəti” proqramının məşhur hafizləri və oxucuları arasındadır.

Üç ayrı qrup meydana gətirən dünya tərəfindən məşhur hafizlər Diyarbakır, Mardin, Rize, Trabzon, İzmir, Ankara, Hatay kimi fərqli bölgələrdə Quran tilavəti həyata keçirəcəklər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...