Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

3667 uşaq kilsədə cinsi istismara məruz qalıb

Əksəriyyəti oğlan olan ən azı 3677 uşaq cinsi istismara məruz qallb.

Alman Katolik kilsələrindəki uşaq istismarlarının bilinəndən daha çox olduğu üzə çıxıb.

Din.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalında xəbər dərc edilib.

Alman Yepiskoplar Konfransının Mannheim, Heidelberg və Giessen universitetlərinin uşaq istismarı ilə bağlı apardıqları araşdırmada sentyabrın 25-də ictimaiyyətə açıqlanacaq hesabatın xülasəsi nəzərdən keçirilib.

Araşdırmanın nəticələrində görə, 1946-2014-cü illərdə əksəriyyəti oğlan olan ən azı 3677 uşağın cinsi istismara məruz qaldığı qeyd edilib.

Hadiələrin baş verdiyi zaman uşaqların yarıdan çoxunun 13 yaşında olduğuna işarə edilən araşdırmada hər 6 hadisədən birinin təcavüz olduğu bildirilib.

Araşdırmada 1670 keşişin həmin cinayətlərdə iştirak etdiyi deyilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...