Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

4 cümləlik Quran ayəsini tərcümə etmək üçün bir aydan çox vaxt sərf edib

Share Button

Əsas istəyim odur ki, Allahın endirdiyi dini insanlara düzgün çatdıraq.

“Quranı tərcümə etmək çox uzun prosesdir. Adi bir tərcümə olsaydı, onu 1 ya da 2 aya başa çatdırmaq olardı. Amma Quranın tərcüməsinə çox ciddi əmək sərf olunmalıdır. Mən də yeni tərcümə üzərində işləyirəm”.

Din.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Quranın yeni tərcüməsi üzərində işləyən, ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, Qurani-Kərimin kiçik surələrinin izahlı şəkildə tərcüməsini yekunlaşdırıb. Elşad Miri qeyd edib ki, 4 cümləlik Quran ayəsini tərcümə etmək üçün bir aydan çox vaxt sərf edib.

“İndiyə qədər bilinə12310053_1230105340340158_8644816750763161662_on bir çox informasiyalar tamamilə səhv idi. Mən tərcümələr zamanı bir neçə mənbəni tutuşdururam. Hazırda bizdə tərcümə olunan Quran kitablarında ciddi boşluqlar var.

Bu günə qədər olanlar hamısı hərfi tərcümədir, eyni zamanda müəlliflər öz fikirlərini də qatıblar. Rəbbim ömür verərsə, bir neçə ilə mən Quranın tərcüməsini yekunlaşdırıb insanların ixtiyarına verəcəyəm”.

“Quranı tək tərcümə edirsiniz, yoxsa bir neçə nəfərlə birlikdə” sualına isə ilahiyyatçının cavabı belə olub:

“Bir neçə adamın ilahi kitabımızı tərcümə etmək təcrübəsi çox olub. Amma bu zaman ciddi üslub qüsurları, fikir ayrılıqları olub. Buna görə də oxucularda çaşqınlıq yaranırdı.

Bütün bunları nəzərə alıb mən tək tərcümə etməyə üstünlük verirəm. Amma müəyyən çətinliklərim olduğu zaman bu sahənin ən tanınmış alimlərinə internet vasitəsi ilə müraciət edirəm. Təəssüf ki, belə alimlər Azərbaycanda yoxdur”.

Din sahəsi üzrə ekspert tərcümədən sonra radikal düşüncədə olan insanların hücumuna hazır olduğunu da bildirib:

“Mən buna da hazıram. Çünki bu günə qədər etdiyim çıxışlardan sonra bunu müşahidə etmişəm. Məqsədim sensasiya yaratmaq deyil.

Əsas istəyim odur ki, Allahın endirdiyi dini insanlara düzgün çatdıraq. Təəssüf ki, bu gün bir çox insan Qurana uydurulmuş din rakursundan yanaşırlar”.

Aqşin KƏRİMOV

 

MÜZAKİRƏ

3 şərh 4 cümləlik Quran ayəsini tərcümə etmək üçün bir aydan çox vaxt sərf edib üçün

  1. Rubabe dedi:

    Salam aleykum.Elsad muellim uzr isteyirem narahat etdiyim ucun.men size bir nece defe sual verdim,yazdim,yeqinki sualimi gormemisiz,cunki cavab yazmadiniz.Meni bilmek isteyerdim ki,qadinlar qasina duzelis ede biler?Bu haramdir ya deyil? Bezi hedislerde deyilir ki,haramdir.Amma o hedislerin sehih olub olmadigini bilmirik.Umumiyyetle menim hedislere inamim azdir,subhelerim coxdur,Cunki dilden-dile gezib gelib bu dovrumuze,hansisa insanlarin nefsine uyaraq bunu deyismeyeceyini nece bile bilerik axi.Cox xahis edirem sualimi cavablandirasiniz.Qadin qasini seliqeye sala bilermi? (qas alma)

  2. Farid Rashid dedi:

    Allah ömür versin bizdə Allahin endirdiyiyi kitabi dogru dürüst oxuyaq və ibrət alaq. Allah Elşad bəy sizdən razi olsun sizi Rasulullah s cənnətdə qonsu etsin

  3. Turkan dedi:

    Salam aleykum.Quran kitabinin tercumesini ne vaxta qurtaracaqsiniz insallah?Sebirsizlikle gozleyirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir