Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

4 ərəb ölkəsi Qətər üçün toplaşdı – “İrandan narahatıq” dedilər

İranın ərəb ölkələrinə məzhəb və etnik müdaxiləsindən narahatlıq duyduqları ifadə edilib.

Qətəri mühasirəyə alan Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ toplantı keçirib.

Din.az türk mediasına istinadən xəbər verir ki, 4 ərəb ölkəsinin lideri Riyadda bir araya gəlib. İclasda İran və husilərin özlərinə qarşı olan münasibəti də müzakirə olunub.

Ərəb Birliyinin sədri Əhməd Əbu Qayt toplantıdakı çıxışından sonra nazirlərdən birgə yazılı açıqlamalar gəlib.

İranın ərəb ölkələri ilə əlaqələri, Yəməndəki husilərə toxunan açıqlamada “İranın ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməsi və husilərə Səudiyyə Ərəbistanına atmaları üçün ballistik raketlərin verilməsi” qınanılıb.

Həmçinin açıqlamalarda İranın ərəb ölkələrinə məzhəb və etnik müdaxiləsindən narahat olduqları da qeyd edilib. Məhz İranın müdaxiləsi nəticəsində sülh yolu ilə bölgədəki gərginliyin və problemlərin həlli üçün sərf edilən səylərə əngəl yaratdığı vurğulanıb.

Yəməndən Səudiyyə Ərəbistanına ballistik raketin atılmaqda davam etməsinin, İran tərəfdarlarının silahlanmasından, İranın irəli sürdüyü nüvə proqramından çox narahat olduqları açıqlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...