Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb

Məscid və dini məbədlər təbii qazla təmin edilir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində bu ilin yanvar -mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-i isə regionlar üzrədir.

“Din.az” bildirir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

Aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...