Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

50 müsəlmanın qatili ilə bağlı qərar

Tarrant məhkəmə prosesinə video bağlantı vasitəsilə qoşuldu.

Yeni Zelandiyanın Kraystçerç şəhərində terakt törətməklə 50 nəfərin ölümündə ittiham olunan Brenton Tarrant psixoloji sağlamlıq testindən keçiriləcək.

Din.az xəbər verir ki, bu barədə Tarrantın işi üzrə aparılan məhkəmə prosesinin ikinci iclasında qərar qəbul edilib.

Məhkəməyə hakim Kameron Mander rəhbərlik edib. Məhkəmə heyəti Tarrantın qərara etiraz etmək haqqına sahib olmadığını qeyd edib.

28 yaşlı Avstraliya vətəndaşı Tarrant məhkəmə prosesinə video bağlantı vasitəsilə qoşulub.

Qeyd edək ki, Tarrant 50 nəfərin qətlində və 39 nəfəri öldürməyə cəhd göstərməkdə ittiham olunur. Cinayətkar həbsxanada təkadamlıq kamerada saxlanılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...