Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

7 yaşlı qıza təcavüz edən qatil bu cür asıldı – Video/23+

İsmayıl Cəfərzadə yerli vaxtla saat 06:20-də dara çəkildi.

7 yaşlı parsabadlı Atena Aslaninin qatili İsmayıl Cəfərzadə bu gün yerli vaxtla saat 06:20-də dara çəkilib.

Din.az bildirir ki, məhkəmə hökmü Parsabadın Bakiri meydanında əhalinin gözü qarşısında icra olunub.

Ərdəbil Əyalət Cəza Məhkəməsinin 1-ci Şöbəsi cinayətkarı zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı geri qaytarmaq cəzasına məhkum edib.

Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası avqustun 26-da qapalı şəkildə keçirilib. Hökm sentyabrın 10-da İran Ali Məhkəməsi tərəfindən təsdiq edildikdən 10 gün sonra icra olunub.

Xatırladaq ki, iyunun 18-də Parsabadi-Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik çənin içində tapılıb. Meyitin üzərində zorlanma əlamətləri aşkar olunub, azyaşlının qızılları da qatil tərəfindən oğurlanıb. 42 yaşlı qatil günahını etiraf etdikdən sonra edam cəzasına məhkum edilib. Axar.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...