Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

72 yaşlı ingilis müsəlman oldu…- Gözlənilməz- FOTO

Türkiyədə yaşayan ahıl bir İngilis İslamı qəbul edib.

İngilislər də İslama aşiq olur, bizlər isə hələ də dinimizə qorxa-qorxa yanaşırıq…

Din.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, 72 yaşlı Kliff Peter Barber 14 il Türkiyənin Muğla əyalətində yaşayıb. Bu illər ərzində ingilis İslam həyat tərzi ilə tanış olub və ruhuyla müsəlman ənənələrinə bağlanıb. Barber bu yaxınlarda Fethiye şəhər məscidində kəlmeyi-şəhadəti oxuyub və özü üçün yeni bir ad seçib – Cəmil. İngilis müsəlman jurnalistlərə “Peyğəmbər və İslam haqqında çox oxuduqdan sonra bu dinə aşiq oldum” söyləyib. Fethiye müftisi yeni müsəlmana müqəddəs Quran və digər dini ədəbiyyat nüsxələrini bağışlayıb.

Xatırladaq ki, ötən ilin noyabrında 10 ildən bəri Bodrumda yaşayan 72 yaşlı İngiltərə vətəndaşı Terens Kinkeyd də müsəlmanlığı qəbul edərək özünə Harun adını seçib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...