Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

72 yaşlı İngilis müsəlman oldu

Kinkeyd, İslamı qəbul edərək Harun adını götürdü.

Bodrumda yaşayan və əslən ingilis olan 72 yaşlı Terens Kinkeyd İslamı qəbul edərək “Harun” adını götürüb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrum bölgəsində təxminən 10 ildən bəri yaşayan İngiltərə vətəndaşı Kinkeyd, müsəlmanlığı seçib. Kinkeyd yaşadığı Bodrumdakı dostlarının təsirilə dinini dəyişdirmək qərarına gəlib.

c2xsj08wiaajby8

Kinkeyd bununla bağlı Bodrum Müftiliyinə müraciət edib. Burada təşkil edilən İslamı qəbuletmə mərasimində kəlimeyi-şəhadət gətirən Kinkeyd, İslamı qəbul edərək Harun adını götürüb.

Bodrum müftisi Əli Ünal, Kinkeydə Qurani Kərim və müxtəlif dini kitablar hədiyyə edib.

Kinkeydin mart ayında Bodrumda yaşayan bir dostu ilə ümrəyə getmək üçün müraciət etdiyi də qeyd edlib.

Bodruma tətilə gələn Nino İslamı qəbul edərək Həvva adını götürüb.

 

Digər tərəfdən, Gürcüstanda yaşayan ev xanımı Nino Palavandişvili (32), Bodrumda tətilə gəldiyi dostlarından görüb öyrəndiyi İslam dinini seçərək müsəlman olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...