Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

78 yaşlı qadın Həcc üçün topladığı pulu körpü tikintisinə xərclədi – İBRƏTAMİZ…

Təqaüdçü tacik qadının nümunəvi hərəkəti ….

Din.az xəbər verir ki, Tacikistanın Soqdiy vilayəti Devaştiç rayonunun Metk kəndində bir təqaüdçü qadının uzun illər Həcc üçün topladığı pulun da xərclənməsi hesabına inşa edilmiş yeni bir avtomobil körpüsünün açılış mərasimi keçirilib.

78 yaşlı Mahtob Fozilova dağlıq ərazidə yerləşən uzaq bir kəndin sakinləri – həmkəndlilərinin həyatını asanlaşdırmaq üçün Həcc ziyarəti üçün topladığı vəsaiti körpü tikintisinə xərcləməyə qərar verib..

Körpünün tikintisi bir aydan da az müddətdə başa çatıb. Qeyd edək ki, bu il Tacikistan sakinləri üçün Həcc 33,41 min somoniyə(3,65 min dollar) başa gələcək. Təqaüdçü qadın isə körpünün tikintisinə ikiqat daha çox vəsait bağışlayıb – 70 min somoniy (təxminən 7,6 min dollar) / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...