Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

8 yaşlı bu qız Qurani-Kərimi əzbər bilir – VİDEO

Kaş əzbərlədiyimiz qədər, mənasını anlayıb yaşasaydıq…

8 yaşı var, Qurani-Kərimi əzbər bilir.  Böyük Britaniyada müsəlman ailələrin  birində dünyaya gələn  uşaq,  sadəcə güclü hafizəsi ilə yox, hafizliyi ilə də hər kəsi şoka salıb.  Mariya Aslamın həmyaşıdları yazıb-oxumağı yeni öyrənir, o isə artıq Qurani-Kərimin bütün ayələrini yaddaşına həkk edib.

Bu  uşağın fitri-istedada malik olduğu hələ  bir neçə il öncə məlum idi. 5 yaşında Yasin surəsini əzbər oxumaqla dünyanın diqqət mərkəzinə düşən Mariya geridə qoyduğumuz 3 il ərzində Qurandakı ayələri də yaddaşına köçürüb…

İndi Maariya Aslam sosial şəbəkələrdə bütün dünya müsəlmanlarının dəstəyini qazanır, onlar tərəfindən izlənilir. Quranı oxumaqda davam edən qızcığaz,  keçirdiyi xeyriyyə aksiyaları ilə suriyalı qaçqın uşaqlar üçün on minlərlə dollar yardım da toplayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...