Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

8300 müsəlmanı qətlə yetirən prezidentə cəza – Tarixi qərar

1995-ci ildə 8300 bosniyalı müsəlman Srebrenitsa şəhərində qətlə yetirilib.

Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası “Bosniya qəssabı” kimi tanınan Serbiyanın sabiq prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb.

Din.az xəbər verir ki, məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.

Bununla da 3 il davam edən apellyasiya prosesi başa çatıb.

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...