Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AB bu müsəlman ölkəsinə gizli şəkildə silah göndərir

AB ölkələri repressiv ölkələrə silah ixracını qadağan edib.

Türkmənistan AB ölkələrindən çoxlu sayda silah alır.

Din.az xəbər verir ki, bu məlumatı “Bellingcat” araşdırma qrupu yayıb. Məlumata görə, Türkmənistana silah daha çox İtaliyadan verilib.

2007-2017-ci illər ərzində Türkmənistan Avropa ölkələrindən 370 milyon avro dəyərində silah alınıb ki, bunun da 76%-i Romanın payına düşüb. Araşdırma qrupu İtaliyanın silah tədarükünü müxtəlif adlar altında gizlətdiyini vurğulayıb.

Qeyd edək ki, 2008-ci ildə AB ölkələri repressiv ölkələrə silah ixracını qadağan edib. Bununla bərabər İtaliyanın özünün də insan haqları üzrə beynəlxalq konvensiyaları pozan ölkələrə silah tədarükünü qadağan edən qanunu mövcuddur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...