Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Abdullah Gülün həkimi də FETÖ-çü çıxdı

Qazi Universiteti şəxsi heyətindən olan 19 nəfər haqda saxlanma qərarı verilib.

Türkiyənin 11-ci Prezident Abdullah Gülün prezident olduğu dövrdə həkimi olan Sədat Caner, FETÖ üzvlüyü ittihamı ilə həbs olunub.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində, keçmiş Qazi Universiteti şəxsi heyətindən olan 19 nəfər haqda saxlanma qərarı verilib. Habertürkun xəbərə görə, o adlar arasında 11-ci prezident Gülün vəzifədə olduğu dövrdə yaxın həkimi olan Sədat Canerin də olduğu ortaya çıxıb. Caner, prokurorluq sorğusundan sonra Ankara 1-ci Sülh Cəza Hakimliyində hakim qarşısına çıxıb. Ankara 1-ci Sülh Cəza Hakimi Sezər Deməz, Canerin FETÖ üzvlüyü ilə ittiham olunmasını əsaslandırılaraq həbs olunmasına qərar verib. Prokurorluq Canerin Fətullah Gülənin şəxsi həkimi Tuncay Dəlibaş ilə əlaqəli olduğu, Bank Asiya hesabındakı vəsaitdə artım olduğu və Bylock istifadəçisi olduğuna dair qeydlər olduğunu bildirib. Ancaq Caner bu ittihamları rədd edib. FETÖ üzvü olmadığını, təşkilatın xəbərləşmə şəbəkəsi Bylocku istifadə etmədiyini bildirib. 2012-ci ildən etibarən, Gülün yaxın həkimliyi və Prezidentin şəxsi həkimi olduğunu söylədi. Caner, Gülün vəzifə müddətinin bitməsindən sonra isə öz istəyi ilə işindən çıxdığını qeyd edən Caner, 2016-ci ilin oktyabr ayındada Qazi Universitetindəki vəzifəsindən xaric edildiyini də qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...