"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
maxresdefault

Aborigenlerin müsəlmanlarla ilk əlaqəsi

Share Button

Aborigenlər və müsəlmanların tarixi əlaqələrini əks etdirən tablo…

Avstraliyalılar aborigenlər ilə ölkədəki ilk müsəlmanların tarixi əlaqələrini mozaiki tabloda əks elətdiriblər.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, Elm kollecində təqribən 2 aya tamamlanan tablo Viktoriya əyalət valisinin qatıldığı mərasimdə mediaya nümayiş edilib.

Tabloda Avstraliyaya 1800-cü illərdə dəmir yollarında, nəqliyyat və mədəni sektorlarında işləmək üçün Əfqanıstan və Hindistandan gələn müsəlmanların aborigenlər ilə ilk əlaqələri təsvir olunub. Üzərində Avstraliya xəritəsi, əfqan dəvə sürənləri, didgerido çalan bir aborigen, islamı simvolizə edən ay-ulduzlu bayraq, Avstraliya aborigen bayraqları, Uluru qayası və aborigen sənətindən bölmələr rəsm edilib.

Aborigenlər və müsəlmanların tarixi əlaqələrini əks etdirən tablo universitet şəhərciyinin girişində asılacaq və iki cəmiyyət arasındakı dostluğun gələcək nəsillərə ötürülməsində istifadə olunacaq.

maxresdefault

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top