Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə giriş qadağası qoyub

“Bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər”.

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə girişi qadağan edib.

Din.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “7031-ci hissə nəzərdə tutur ki, əgər dövlət katibinin xarici hökumətlərin məmurlarının əhəmiyyətli dərəcədə korrupsiyada və ya ciddi insan hüquqlarının pozulmasında iştirak etmələrinə dair dəqiq məlumatlar varsa, o zaman bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər”.

Səbəb qismində sözügedən 16 şəxsin jurnalist Camal Xaşkacinin qətlində iştirakı göstərilib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...