Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ Ali Məhkəməsi müsəlman və buddist məhkuma münasibətdə ikiüzlülük göstərdi…

ABŞ Ali Məhkəməsindən ədalətsiz qərar …

Proseslərdə iştirak edən amerikalı hakimlər özləri bunu təsdiqləyir…

Bu ilin mart ayının sonunda ABŞ Ali Məhkəməsi məhkum Patrik Murfinin ölüm hökmünün buddist ruhaninin edam icraatına qatılmasına icazə verilməməsi səbəbindən təxirə salmağı qərara alıb. Halbuki, bir ay öncə eyni məhkəmə digər məhkum Dominique Reyin ölüm hökmünün icrasında müsəlman ruhaninin iştirakını xahiş etməsinə rəğmən ona eyni hüququn təmin edilməsinə etiraz edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Truthout.org nəşri məlumat yayıb.

“Axı həmin məhkəmə dəfələrlə bəyan edir ki, dinə əsaslanan ayrı-seçkilik, xüsusilə də inanclı insanlar, dini təşkilatlar və dini nitqə qarşı ayrı-seçkilik konstitusiyaya ziddir”, – hakim Brett Kavananın qərarında belə deyilir. Həmin hakim bir ay əvvəl ölüm hökmünün icrasında imamın iştirak etməsi haqqı təmin edilməyən müsəlman məhkum Dominik Reyın ölüm cəzasını təxirə salmaq üçün səs verib. Bu da diqqətəlayiqdir ki, digər hakim Yelena Kaqan Reyin ölüm hökmünün icrasının gecikdirilməsinin tərəfdarı olmuş bir hüquqşünas kimi sözügedən işlərin identik, yəni eyni olduğunu vurğulayıb.

“Məhkum edilmiş bir xristian ölümqabağı son ayinlərin icrası üçün keşişlə təmin edilə bilər. Ancaq əgər bir məhkum başqa dinə mənsubdursa, müsəlman, yəhudi və ya digər bir inanc sahibidirsə ona edam zamanı din xadimi ilə təmin edilmək haqqı verilmir “-deyə amerikan hakim təəssüflə qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...