Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ analitiki vəliəhdin Qüdsü satmasının səbəbini açdı

“Vəliəhd İsraillə yaxın münasibətlər qurula biləcəyi barədə açıqlama verib”.

ABŞ-ın Qüds qərarına sərt reaksiya verməsi gözlənilsə də, tam əksini edən Səudiyyə Ərəbistanı Vaşinqtonla nüvə sahəsində əməkdaşlığa hazırlaşır.

Din.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında Robert Satloffun məqaləsi dərc olunub.

Satloffun sözlərinə görə, Donald Trampın Qüds qərarını açıqladığı zaman bir analitik təşkilatın heyəti ilə Ər-Riyadda vəliəhdlə görüşüb və vəliəhd qərara cəmi bir cümlə ilə münasibət göstərib. Vəliəhd həmçinin İsraillə yaxın münasibətlər qurula biləcəyi barədə açıqlama verib.

Nüvə sazişi hazırlanır

Ağ Evdən ABŞ Prezident Donald Trampın Səudiyyə Ərəbistanı ilə milyardlarla dollar dəyərində nüvə reaktoru tikintisinə dair müqavilə imzalamağa hazırlaşdığı bildirilib.

ABŞ və İsraillə əməkdaşlıq arzusu

Müəllif Səudiyyə Ərəbistanında vəliəhddən başqa bir çox nazirlə də görüşdüklərini və onlardan heç birindən Qüdslə bağlı sərt açıqlama gəlməməsindən təəccübləndiyini bildirib. Qüdslə bağlı Məhəmməd bin Salmanın konkret fikrini öyrənmək üçün ünvanlanan suala isə vəliəhd yenidən qısa cavab verərək, Səudiyyə-ABŞ münasibətlərindən danışmağı üstün tutub.

İsrailə qarşı müsbət münasibət

Müəllifin sözlərinə görə, Salman təhlükəsizlik sahəsində ABŞ-Səudiyyə əməkdaşlığının ABŞ-İsrail münasibətlərindən daha qədim tarixə malik olmasını fəxrlə bildirib. O, həmçinin İsrailin Fələstinə göstərdiyi təzyiqdən, Qəzza zolağında baş verən mənfi proseslərdən danışmaq əvəzinə, Fələstin-İsrail sülhü əldə olunduqdan sonra Təl-Əvivlə münasibətlərin inkişaf etdiriləcəyini qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...