Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ bir gün bunu anlayacaq – Çavuşoğlu

“Fətullah Gülənin ekstradisiya olunmaması bizi çox təəssüfləndirir”.

FETÖ terror təşkilatnın necə xain qruplaşma olduğunu bütün dünya anlayıb. Bunu ABŞ da bir gün başa düşər.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

O,ölkəsinin ABŞ-dan bu günə qədər istədiyi dəstəyi görə bilməməsindən gileylənib. Nazir FETÖ rəhbəri Fətullah Gülənin ekstradisiya olunması barədə tələblərinin həyata keçirilməməsi və hələlik istintaq başladılmamasından təəssüfləndiklərini bildirib:

“ABŞ bizim ən önəmli müttəfiqlərimizdən biridir. FETÖ və PYD-yə silah verdiyi üçün ölkələrimiz arasındakı münasibətlərdə gərginlik yaranır. Bunları da dialoq yolu ilə həll etməyə çalışırıq”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...