Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-da hicablı basketbolçu oyuna buraxılmadı

İdmançı qızdan hicab üçün xüsusi icazə kağızı tələb edildi.

ABŞ-ın Filadelfiya ştatında məktəblərarası basketbol turnirində hicablı basketbolçuya oynamağa icazə verilməyib.

Din.az xəbər verir ki, 16 yaşlı Nasih Tompson meydana çıxmaq istəyərkən hakim ona yaxınlaşıb və hicabla oynamasına icazə verməyəcəyini deyib.

Məlumata görə, idmançı qızdan hicab üçün xüsusi icazə kağızı tələb edilib.

Qızın valideynləri bu məsələni hüquqi müstəviyə daşıyacaqlarını və sona qədər mübarizə aparacaqlarını söyləyiblər.

Məlumat üçün bildirək ki, basketbol üzrə tənzimləyici qurumlar basketbolçuların hicabla oynamağına icazə verir.  / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...