"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

ABŞ-da hicablı polislər hər kəsin qarşısında təhqir edildi

Share Button

ABŞ-ın Nyu-York şəhərində iki fərqli hadisədə hicablı qadınlara islamofob hücum edilib. “Din.az” “milli.az”a istinadən xəbər verir ki, biri şagird, digəri polis məmuru olan iki hicablı qadın təhqirlərə məruz qalıblar. ABC-nin məlumatına görə, ilk hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alınıb. 18 yaşlı hicablı  ABŞ vətəndaşı Yasmin Seveidi metroda 3 sərxoş kişi sözlə təhqir edib. Metroda hicaba görə təhqir […]

ABŞ-ın Nyu-York şəhərində iki fərqli hadisədə hicablı qadınlara islamofob hücum edilib.

“Din.az” “milli.az”a istinadən xəbər verir ki, biri şagird, digəri polis məmuru olan iki hicablı qadın təhqirlərə məruz qalıblar.

ABC-nin məlumatına görə, ilk hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alınıb.

18 yaşlı hicablı  ABŞ vətəndaşı Yasmin Seveidi metroda 3 sərxoş kişi sözlə təhqir edib.

Metroda hicaba görə təhqir edildiyini deyən yeniyetmə müsəlman qız sərnişinlərdən heç kimin ona dəstək vermədiyini və hadisə zamanı görməzlikdən gəldiklərini qeyd edib.

Digər bir hadisə isə Nyu-Yorkun Bruklin səmtində yaşanıb.

“Daily News”un xəbərinə görə, hicablı Eml Elsokari işdən sonra oğluyla avtomobilini park edib maşından enərkən təxminən 30 yaşlı bir kişinin onu təhqir etdiyini deyib. Forması və silahı üstündə olmayan qadın polis ilə oğluna qışqıran şəxs avtoparkdan uzaqlaşıb.

Nyu-York polisinin olayla bağlı istintaqa başladığı deyilir. Hicablı qadın polisin isə mediaya açıqlama vermək istəmədiyi bildirilir.

Qeyd edək ki, Eml Elsokari 2014-cü ildə yanan bir binanın alovları arasından yaşlı bir qadın ilə nəvəsini xilas etdiyi üçün ölkənin polis orqanları tərəfindən “qəhrəman” elan edilmişdi.

495926

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir