Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-da iki qadın uşaqları məscidə ziyan vurmağa apardı – VİDEO

Qadın uşaqları məscidi dağıtmağa və oranı qarət etməyə səslədi.

Dİn.az xəbər verir ki, ABŞ-ın Arizona ştatının Tempe şəhərində iki amerikalı qadın bir qrup uşağı müsəlmanlara ziyan vurmağa və məscidə hücum etməyə təşviq edib.

Yayımlanan videoda iki qadın uşaqları məscidi dağıtmağa və oranı qarət etməyə səsləyir. Müsəlmanları “şeytan” adlandıran qadın uşaqlara “Vətənimizi qorumaq üçün bu şeytanlarla mübarizə aparmalıyıq” – deyir.

Qeyd edək ki, görüntülər ABŞ ictimaiyyətində müzakirə mövzusuna çevrilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...