"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1

ABŞ-da islamofobik qruplara maliyyə yardımı edilir

Share Button

ABŞ-da aparılan araşdırmalar nəticəsində, İslamofobik qruplara külli miqdarda maddi köməyin olunduğu ortaya çıxıb

ABŞ-da artan islamofobiyanın araşdırılması nəticəsində 2008-2013-cü illər arasında 33 islamofobik qrupa 205 milyon dollarlıq maddi yardım edildiyi aşkarlanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika İslam Əlaqələri Şurası (CAIR) ilə Kaliforniya Universiteti-Berkeley İrq və Cinsiyyət Mərkəzi tərəfindən edilən və ABŞ-da yüksələn İslamofobiyanın qaynaqlarını ortaya qoyan “Qorxuyla üzləşmək” başlıqlı araşdırma, CAIR-ın paytaxtı Vaşinqtondakı ümumi mərkəzdə təşkil edilən mətbuat konfransında ictimaiyyətə çatdırılıb.

CAIR-dən Corey Saylor, İrq və Cinsiyyət Mərkəzindən isə Hatem Bazianın başçılığı ilə gerçəkləşdirilən araşdırmaya görə, 2008-2013-cü illər arasında təqribən 205 milyon dollarlıq maddi yardımın İslamofobik qruplar, xüsusilə də Paris və San-Bernardino hücumlarından sonra ABŞ-da ortaya çıxan islamofobik atmosferdə vacib rol oynayıb. 10 əyalətdə islamofobik qanunların qüvvəyə mindiyi ifadə edilən hesabata görə hər il təqribən 20 məscidə hücümların yaşandığı ölkədə 2015-ci ildə 78 hücumun gerçəkləşdiyi və bunun narahatedici bir statistika olduğu vurğulanıb.

Yəhudi hadisələrinə bənzərlik…

CAIR-in sədri Nihad Avad  son aylarda “Müsəlmanların əleyhinə silahlı təşkilatların” və “Müsəlmanların qəbul edilmədiyi iş yerlərinin” ortaya çıxmağa başladığına diqqət çəkərək, “Bu gün yaşadıqlarımız ABŞ-dakı plüralist ictimai quruluşa və konstitusiya dəyərlərinə böyük zərər verir” deyib.

Respublikaçılar partiyasının sədri, ABŞ prezidentliyinə namizəd Donald Trampın ötən ay “müsəlmanların ABŞ-a buraxılmaması” və “müsəlmanların yaşadığı yerlərin nəzarət altına alınması” kimi təkliflərini xatırladan Avad, bu cür fikirlər XX əsrin ortasında Avropada yəhudilərin məruz qaldığı hadisələrə bənzədiyini qeyd edib.

“Prezident seçkilərində islamofobiya əsas mövzu halına gəldi”

Araşdırmanı aparanlardan CAIR İslamofobiya direktoru Corey Saylor da, “2016-cı ilin prezident seçkilərində islamofobi əsas mövzu halına gəlib və müsəlmanları hədəfə alan Konstitusiyaya zidd təkliflərə zəmin hazırlayıb” deyə bildirib.

Araşdırmada ABŞ-da ümumilikdə 74 islamofobik quruluşun olduğunu və onlardan 33-nün daha təsirli və güclü olduğunu ifadə edən Saylor, Yaxın Şərq Forumu (Middle East Forum), Amerika üçün Hərəkərə Keç! ( Act for Amerika!) və Təhlükəsizlik Siyasəti Mərkəzi (Center for Security Policy) kimi təşkilatların bu halqa içərisində yer aldığını dilə gətirib.

Amerikalı müsəlmanlara çağırış…

Sayler, amerikalı müsəlmanlara bu vəziyyət qarşısında daha çox ictimai məsuliyyət almaları, siyasi çıxışlara əhəmiyyət vermələri və müsəlman anlayışını doğru təmsil etmək üçün daha çox iş görmələri üçün çağırış etdi.

1994-cü ildə qurulan və ölkə miqyasında ofisləri olan CAIR, ABŞ-dakı ən vacib müsəlman hüquqlarını müdafiə edən təşkilat olaraq tanınır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh ABŞ-da islamofobik qruplara maliyyə yardımı edilir üçün

  1. Farid Rashid dedi:

    bax başa düşmək mümkün deyil xristianla yəhudi birləşdi ama müsəlmanlar hələdə ixtilafdadir. Həqiqətən Müsəlman ölkələr yatiblar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top