Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-da keşişlərlə bağlı təcavüz qalmaqalı …

Katolik keşişlər azyaşlı uşaqları…

ABŞ-ın Pensilvaniya ştatında yüzlərlə Katolik keşişin minlərlə uşağı istismar etdiyi bildirilib.

Din.az xəbər verir ki, əyalət prokuroru Katolik kilsəsinin uşaq istismarını illərlə ört-basdır etdiyini irəli sürüb. ABŞ-ın Pensilvaniya ştatında 300-dən çox Katolik keşişin on illərlə mindən çox uşağa cinsi istismarda günahlandırılır. Əyalətdəki Katolik kilsəsinin cinayətlərin üstünü örtdüyü və bu səbəblə bir çox hadisənin yaddan çıxdığı bildirilib. Pensilyanva əyalətində Böyük Münsiflər Heyətinin açıqladığı hesabatda, 70 ilə yaxın bir müddətdir ki, keşişlərin uşaqları istismar etdiyi açıqlanıb. Çoxsaylı təcrübə şahidi və kilsə daxili 500 milyon sənədə əsaslandırılan hesabatda, istismar edilən uşaqların böyük hissəsinin oğlan uşağı olduğu və yetkinlik çağına çatmamış olduğuna diqqət çəkilib. Deutsche Welle Türkcədə verilən xəbərə görə, Pensilvaniya Baş Prokuroru Coş Şapiro məsələyə dair verdiyi açıqlamada, “Keşişlər kiçik qız və oğlan uşaqlarına təcavüz edib, eyni zamanda on illərlə bu cinayətləri ört-basdır ediblər”, – deyə bildirib. Hesabatda, bir çox uşağa dair sənədin itməsi və uşaqlar ilə yaxınlarının qorxusundan səssiz qalması kimi səbəblərlə, cinsi istismar hallarının aşkar ediləndən daha çox yüksək ola biləcəyi ehtimal edilir. Həmin Katolik keşişlərdən ikisinin son on ildir sistemli şəkildə uşaqlara cinsi istismarda olduğu və rahiblərdən birinin də ittihamları qəbul etdiyi məlumatı verilib. Katolik keşişlərin, spirt və pornoqrafik məzmunda istismarda olduqları və uşaqlara təcavüz etdikləri də məruzədə yer verilənlər arasında yerləşir. Hesabatda, kilsənin illərlə “cinayətlərin üstünü örtdüyünü” və bu səbəblə bir çox cinsi istismar olma faktları istintaqın diqqətini cəlb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...