Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ-da kilsədə atışma: Ölən var

Silahlı şəxs ibadət zamanı atəş açıb.

ABŞ-ın Nevada ştatının Fellon şəhərində yerləşən kilsədə silahlı şəxs ətrafa atəş açıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Din.az xəbər verir ki, silahlı şəxs ibadət zamanı atəş açmağa başlayıb.

Bir neçə atəş açdıqdan sonra o, binanı tərk edib və evə gedib. Bir müddət sonra kişi polislərə təslim olub.

Onun bu hadisəni hansı səbəbdən törətdiyi məlum deyil. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...