Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-da məscid yaxınlığında marixuana dükanı açıldı- Rəzalət!..

Müsəlmanlar yerli rəhbərliyin qərarına görə hiddətləniblər.

ABŞ-ın Kaliforniya ştatındakı Antiox şəhərində müsəlmanlar yerli rəhbərliyin qərarı ilə məscid və kilsə yaxınlığında narkotik satışı məntəqəsi açılmasından hiddətləniblər.

Din.az xəbər verir ki, Antiox şəhər şurası müsəlman və xristianların etirazlarına rəğmən yekdilliklə Əbu Bəkr- Siddik məscidinin yaxınlığında bir marixuana satışı məntəqəsi açmaq barədə qərar verib. Həmin dükanda marixuanadan əlavə, ona aid müxtəlif aksesuarlar da satılacaq.

Narkotik “supermarket”in açılmasının təşəbbüskarı Rik Hok isə həyasızcasına bununla “Antioxun gələcəyinə sərmayə qoyduğunu” söyləyib və onun dükanının qonşu şəhərlərdən də müştəriləri cəlb edəcəyini bildirib.

Əbu Bəkr Siddiq məscidinin ziyarətçiləri leqallaşdırılmış narkotiklərin satış yerinin yüzlərlə insanın, o cümlədən uşaqların yaşadığı binaya çox yaxın olduğundan da narahatdırlar.

“Məscid gündə 5 dəfə özümüzün və ailələrimizin ibadət etdiyimiz bir müqəddəs məkandır. Bu narkotik satış məntəqəsi ətrafa əxlaqsız insanların toplanmasına səbəb ola bilər “,-deyə müsəlman icmasının lideri Abdu Hadvan şikayətlənib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...