Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ-da məscidə od vuruldu

Naməlum şəxslər məscidin divarına od vurub.

ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub.

Din.az bildirir ki, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib.

Naməlum şəxslər məscidin divarına od vurub. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.

Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyadakı iki məscidə hücumla əlaqədar yazı aşkar ediblər.

Xatırladaq ki, Yeni Zelandiyadakı hücumlar zamanı 50 nəfər həyatını itirmişdi. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...