Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

ABŞ-da müsəlman həkimə hücum olundu

Share Button

Mühit çox qorxuludur…

ABŞ-ın Texas ştatında müsəlman olan bir həkim sübh namazına getdiyi məscidin qarşısında silahlı və bıçaqlı hücuma məruz qalıb.

“Din.az” xəbər verir ki, Texas ştatının Hyustan şəhərindəki Mədrəsə İslamiyyə Məscidi Nurun qarşısında meydana gələn hadisə sübh namazında yaşanıb.

Məscidin sözçüsü Muhamməd İmaduddin, yerli mətbuata verdiyi açıqlamada, sübh namazı üçün gələn həkimin avtmobilini dayanacaqda saxladıqdan sonra məscidə tərəf gələrkən hücuma məruz qaldığı bildirilib.

Mühit çox qorxuludur…

“Hal-hazırda ölkədəki siyasi mühit çox qorxuducudur” deyən İmaddudin, bir həftə ərzində Hyustondakı müsəlmanları hədəf alan bir çox hücumun yaşandığına diqqət çəkib.

Maskalı olan təcavüzkarların həkimi əvvəlcə bıçaqladığını, daha sonra silahla vurduğunu deyən şahidlər təcavüzkarların hadisə yerindən piyada qaçdıqlarını dilə gətirib.

Hadisə ilə əlaqədar araşdırma aparan polislər, iki güllə yarası alan həkimin vəziyyətinin hazırda ağır olduğu üçün reanimasiyada saxlandığını və yaxşı olması üçün gözlədiklərini bildiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir