"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

ABŞ-da müsəlman qızlar müsabiqədə iştirak haqqı qazandı

Share Button

İslam sülh dinidir və terrorçuların etdikləri ilə heç bir əlaqəsi yoxdur…

ABŞ-da müsəlman gənc qızların qurduğu “Muslim Girls Making Change” qrupu beynəlxalq şeir müsabiqəsində iştirak etmək hüququ qazanıb.

ABŞ-ın Vermont əyalətində bir araya gələn 4 müsəlman gənc qız ölkə gündəmində yer almağı bacarıb.

“Din.az” xəbər verir ki, müsəlman qızlar təsiredici səsləri və güclü şeir demək qabiliyyətləri ilə Amerikada müsəlman olmağın nə demək olduğunu izah etməyə çalışıb.

“Muslim Girls Making Change” adı verilən qrup, bu həftə Vaşinqtonda beynəlxalq bir müsabiqəyə də qatılacaq. Qrup üzvlərindən 16 yaşlı Kirin Vaqar pakistanlı bir ailənin qızıdır. Vaqar yaratdıqları qrupun artıq daxillərində tuta bilmədikləri mövzuları şeirlə dilə gətirdiyini söyləyib.

“Amerika röyası”, “Xoş gəldin!”, “Buqəlamun” onların şeirlərinə verdikləri adlardan sadəcə bir neçəsidir. Onlara görə bu şeirlər ailələrinin Amerikaya gələrkən qurduqları xəyalları təmsil edir.

1050300

İslam sülh dinidir və terrorçuların etdikləri ilə heç bir əlaqəsi yoxdur…

Qrupun yaradıcısı isə, ailəsi o 5 yaşında olarkən Somalidən Vermonta gələn Hava Adamdır. Adam, şeirin özlərini ifadə etmək və insanlarla əlaqə qurma vasitəsi olduğunu deyib.

Atası misirli olan 15 yaşlı Lena Ginavinn istəyi də “terror” kəlməsinin İslam ilə yanaşı işlənməməsidir. Ginavi, “İslam mənim üçün sülh dinidir və terrorçuların etdikləri heç bir şeyin İslam ilə əlaqəsi yoxdur” deyib.

Müsəlman gənc qızların müsabiqədə hansı dərəcəni qazanacaqları isə artıq indidən maraq doğurur.

MÜZAKİRƏ

1 şərh ABŞ-da müsəlman qızlar müsabiqədə iştirak haqqı qazandı üçün

  1. Farid Rashid dedi:

    Halal olsun Allah saylarini artirsin AAAAAAMMMMMİİİİİNNNN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir