Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ-da müsəlmanlar etiraz aksiyası keçirib

Mediadan İŞİD-i İslam dininə aid olunmaması tələb edildi

ABŞ-da müsəlmanlar etiraz aksiyası keçirib.

“Din.az” “eastnews”a istinadən xəbər verir ki, ABŞ-ın Konqres binası ilə Vaşinqton abidəsi arasında yerləşən “National Mall” adlandırılan yaşıl bölgədə təşkil edilən aksiyada müxtəlif ölkələrdən gələn müsəlmanlar iştirak edib.

Aksiyada “İslam sülh dinidir”, “müsəlmanlar İŞİD-ə qarşı çıxır” və digər şüarlar yazılan plakatlar qaldırılıb. Edilən çıxışlarda müsəlmanların ABŞ cəmiyyətinin üzvləri olduğu bir daha diqqətə çatdırılıb.

Həmçinin aksiyada oxunan bəyanatda mediadan İŞİD-i İslam dininə aid olunmaması tələb edilib. Etiraz aksiyası dinc şəkildə bitib və polis müdaxilə etməyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...