Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-da müsəlmanlara qarşı zorakılıqlar xeyli artıb

ABŞ-da müsəlmanlara qarşı şiddət halları artır.

Amerika İslam Əlaqələri Şurası (CAIR) 2016-cı ildə ABŞ-da müsəlmanlara qarşı zorakılıqların əvvəlki illə müqayisədə 50%-dən çox artdığını açıqlayıb.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, ABŞ-da ən böyük müsəlman qeyri-hökumət təşklilatı olan Amerika İslam Əlaqələri Şurası (CAIR) “Nifrətin artması” başlığı ilə dərc etdiyi hesabatda, 2014-2016-cı illər arasında ABŞ-da yaşayan müsəlmanlara qarşı artan zorakılıq hallarından bəhs edib.

Amerika İslam Əlaqələri Şurasının rəsmisi Korey Seylor hesabatla bağlı yazılı açıqlama verib: “Yeni rəhbərlik ölkədə yaşayan azlıqların hüquqlarının qorunması üçün daha çox iş görməlidir. Hakimiyyətdə İslama qarşı olduqları bilinən çox sayda şəxsin rəhbərliyə daxil edilməsi, eləcə də müsəlmanların ölkəyə daxil olmasının qarşısının alınması fikri müsəlmanlara qarşı mənfi münasibətin yaranmasına səbəb olur”.

Hesabata əsasən, diqqəti cəlb edən digər vəziyyət isə Federal Təhqiqatlar Bürosunun (FBI) müsəlmanları hədəf almasıdır. CAIR öz hesabatında 2015-ci illə müqayisədə  FBI-ın müsəlmanları 15% daha çox mühakimə etməsi faktını üzə çıxarıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...