Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-da qalmaqal

Amerika-İslam Əlaqələri Şurası isə bunun məktəbdəki ilk İslamofobik hadisə olmadığını açıqlayıb.

ABŞ-ın Kaliforniya ştatında başı bağlı olan şagirdin adının yerinə terror qruplaşması olan İŞİD yazılıb.

ABŞ-ın Kaliforniya əyalətində bir liseydə hicablı şagirdin adının yerinə terror təşkilatı İŞİD-in ingiliscə qısaldılmış forması ” Isis ” yazılıb. Qaralamadakı diqqət çəkən yazı ilə əlaqədar məktəb rəhbərliyi səbəb olaraq təzyiq göstərildiyini bildirib. Lakin Amerika-İslam Əlaqələri Şurası isə bunun məktəbdəki ilk İslamofobik hadisə olmadığını açıqlayıb.

“Din.az” xəbər verir ki, Kaliforniya ştatının Ranço Kukamunqa kəndindəki Los Osos Liseyinin müsəlman şagirdi Zehlifin məzunluq açıqcasındakı şəklinin altına “İsis Philips” yazılıb. Məzunluq kitabçaları şagirdlərə paylandıqdan sonra baş verənləri görən Zehlif sosial hesabından “məzuniyyət kitabçamın bu şəkildə çıxarılmasından son dərəcə kədərləndim, iyrəndim və utandım. Görünüşə görə, orada “İsis” mənəm. Məktəb mənimlə əlaqə quraraq bunun “yazı xətası” olduğunu bildirərək tərbiyyəsizlik göstərdi. Mən isə eyni fikirdə deyiləm, səmimi olaq” açıqlamasını verib.

Məktəb müdiri Susan Petrocelli, “twitter” hesabından, ” Los Osos Liseyi, məktəbin məzuniyyət kitabçasında aşkarlanan səhvi düzəltmək və araşdırmaq üçün mümkün olan hər addımı atır. Səmimiyyətlə üzr istəyirik” fikirlərini paylaşıb.

Amerika-İslam Əlaqələri Şurasından edilən şərhdə isə, məktəbin məzuniyyət kitabçasında “qaralanan” şagirdin təhlükəsizliyindən şübhə edildiyini bildirərək ”ailənin bu hadisədən narahatlıq duyacağını düşünürük və terror təşkilatının üzvü kimi qızın təhlükəsizliyindən narahatlıq duyuruq” sözlərini işlədib

Şura, hadisənin düzgün şəkildə araşdırılmasını, bənzər hadisələrin təkrarlanmaması üçün tədbirlərin alınması və şagirdlə ailəsinin yaşadığı mənəvi zərbənin aradan qaldırılması üçün çağırış edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...