Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var

ABŞ-da sinaqoqu partlatmaq planının qarşısı alınıb.

ABŞ vətəndaşı sinaqoqu partlatmaq cəhdinə görə həbs edilib.

Din.az bildirir ki, bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, Kolorado polisi sinaqoqu partlatmağı planlaşdıran yerli sakin Riçard Holçeri yaxalayıb. Polisin məlumatına görə, 27 yaşlı gənc bir nəfərlə əlbir olaraq Pueblo şəhərindəki sinaqoqu partlatmağı planlaşdırıb.

Federal Təhqiqat Bürosu (FTB) həmin şəxsin sosial şəbəkələrdə fəal şəkildə antisemit baxışları ifadə etdiyini aydınlaşdırıb. FTB-nin casusları onunla görüşəndə Riçard Holçer “müqəddəs müharibə”yə başlamaq niyyətində olduğunu deyib. O, həmçinin casuslara öz planı barədə də ətraflı danışıb.

Holçer partlayışdan bir neçə saat əvvəl saxlanılıb. Qeyd edilir ki, onu müddətlik həbsxana cəzası gözləyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...