"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
mariya

ABŞ-da xristian xurafatı: Mariya heykəli ağladı

Share Button

Heykəlinin evdə saxlandığı 10 il ərzində ilk dəfədir ki, belə hal yaşandığı iddia edilir.

ABŞ-da olduqca qəribə bir hadisə baş verib. Ailələrdən birində olan müqddəs Məryəmin heykəli qəfil ağlamağa başlayıb.

“Din.az” xəbər verir ki, qonşular, mütəxəssislər hətta kilsədən keşiş gələrək hadisəni öyrənməyə çalışsa da heç kim, heykəlin sağ gözündən yaş damcılarının axmasının səbəbini tapa bilmir. Heykəl isə dayanmadan ağlayır. Hətta Kardenas ailəsi yaş damcılarının yeri islatmaması üçün heykəlin çənəsinin altına bir stəkan da qoyub.

Bircə bu məlumdur ki, bir müddət əvvəl evin sahibinin xalası qızı qəddarcasına öldürülüb. Lakin onun kim tərəfindən, hansı şəraitdə öldüyü də məlum deyil. Ailənin dediyinə görə, heykəl qızın ölümündən il yarım sonra ağlamağa başlayıb. Maraqlıdır ki, müqəddəs Məryəm heykəlinin bu evdə saxlandığı 10 il ərzində ilk dəfədir ki, belə hal yaşanır.

“Din.az” videogörüntünü təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top