Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-dan Ankaraya təklif: Keşişi verin, Güləni alın…

Endryu Bransonla Fətullah Gülənin mübadiləsini təklif olunub.

FETÖ ilə əlaqələrinə görə Türkiyədə həbsdə olan rahib Endryu Bransonla bağlı Vaşinqtondan mübadilə təklifi gəlib.

Din.az xəbər verir ki, Nyu York kilsəsinin rahibi Vilyam Devlin “Xristian Post”da dərc olunan yazısında Endryu Bransonla Fətullah Gülənin mübadiləsini təklif edib.

Devlinin sözlərinə görə, ABŞ ictimaiyyəti Gülənə sığınacaq verməklə bərabər, nə üçün ona aid məktəblərə 800 milyon dollar yardım ayrıldığını hökumətdən soruşmalıdır.

“Rahib Bransonun Fətullah Gülən, Gülən hərəkatı və PKK-YPG ilə bağlantılı olmasına dair bütün iddialar həqiqətdən kənardır. Bu vəziyyətdə çarə ABŞ hökumətinin rahib Bransonun sərbəst buraxılması qarşılığında Güləni Türkiyəyə qaytarmasıdır”, – Devlin bildirib.

ABŞ hökumətinin keçmişdə də buna bənzər cinayətkarların ekstradisiyasını həyata keçirdiyini xatırladan Devlin Türkiyənin ekstradisiyasını tələb etdiyi bir terrorçunu ABŞ-da saxlamağın bir anlamı olmadığını, ABŞ mətbuatının və ABŞ Konqresinin üzvlərinin diqqətini bu məsələyə çəkmək istədiyini qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...