Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ-dan Fələstinlə bağlı ŞOK QƏRAR

Fələstin qaçqınlarına yardım tamamilə dayandırıla bilər.

Birləşmiş Ştatların Prezident Administrasiyası BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırmağı planlaşdırır.

Din.az bildirir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” nəşri yazıb.

Bildirilir ki, qərar yaxın bir neçə həftə ərzində elan olunacaq.

Nəşrin yazdığına görə, Donald Tramp Administrasiyası UNRWA-nın pul vəsaitlərinin necə xərcləməsi ilə razı olmadığını ifadə etmək, həmçinin fələstinlilərin əhəmiyyətli hissəsinin qaçqın statusundan məhrum edilməsinə çağırmaq niyyətindədir.

Qəzet yazır ki, hazırda 5 milyondan çox fələstinli qaçqın statusuna malikdir və ABŞ hökuməti bu rəqəmin 10 dəfədən çox azaldılmasını təklif etməyə hazırlaşır (Report).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...