Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-dan müsəlman dünyasına növbəti rəzillik- Üzərində “Allah” yazılmış unitaz!..

Amerika Birləşmiş Ştatlarının müsəlman icması Amazon.com-a qarşı çıxdı.

Üzərində Allahın adı və Peyğəmbər (s) əfəndimizin kəlamı yazılmış tualet üçün unitaz qapağının Amazon.com onlayn- satış saytında təqdim olunması Amerika Birləşmiş Ştatlarının müsəlman icması tərəfindən qəzəblə qarşılanıb.

Din.az xəbər verir ki, bu haqda Amerikanın “Newsweek” nəşri xəbər yayıb. “Amazon” şirkətinin reklam etdiyi unitaz qapaqları, ayaqaltı xalçalar və bənzər əşyalar da daxil olmaqla bir sıra banyo materiallarında Quran və müsəlmanlar üçün müqəddəs sözlər müşahidə edilib.

Yaxşı ki, Amerika-İslam Münasibətləri üzrə Şuranın kəskin bəyanatından dərhal sonra “Amazon” rəhbərliyi adı çəkilən tualet əşyalarını satışdan yığışdırıb. Sözügedən yazılar yazılmış malların sayı cəmi 20 olub.

P.S. Bu, ABŞ, NATO qüvvələrinin əvvəlcə Əfqanıstan və ya Suriyada toy mağarını bombalayaraq dinc insanları qətlə yetirməsi və sonradan riyakarcasına üzr istəməsinə bənzəyir… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...