Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-dan müsəlmanlara çağırış

ABŞ konqresinin müsəlman üzvləri Ellison və Karson müsəlmanların siyasətlə daha da yaxından məşğul olmalarını söyləyib

ABŞ konqresinin müsəlman üzvləri olan Keith Ellison və Andre Karson Amerika Diyanət Mərkəzində etdiyi çıxışda müsəlmanların ABŞ cəmiyyətinin mühüm bir hissəsi olduğunu və siyasətlə daha çox maraqlanması lazım olduğunu söyləyib.

ABŞ konqresinin Demokrat Partiyasının iki müsəlman üzvü Ellison və Karson paytaxt Vaşinqtona yaxın olan yarım saatlıq məsafədəki Amerikanın ən böyük məscidi Amerika Dəyanət Mərkəzində Müstəqil Sənayəçi və İşadamları Dərnəyi (MÜSİAD) təşkil etdiyi yığıncaqda danışıb.

Açılışı mart ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gərçəkləşirəcəyi mərkəzdə danışacaq müsəlman millət vəkilləri, ABŞ-da səsvermə haqqına sahib olan müsəlmanların sandıqlara gedəcəyini bildirdi.

Minnesota əyalətini təmsil edən siyasətçi Ellison, ABŞ-da müsəlmanların çox vacib rolu olduğunu söyləyib. Ellison, “ABŞ-da müsəlmanlar xəstəxanalardan tutmuş təhlükəsizlik sektoruna kimi bir çox məkanlarda bu ölkəyə xidmət edir” deyə bildirib.

Ellison, müsəlmanların ABŞ cəmiyyətinə təqdim edə biləcəyi çox vacib dəyərlərinin olduğunu və yaşadıqları bölgələrdə siyasətin içində yer alaraq rəhbərliklərə doğru qalxmağa çalışdıqlarının vacibliyini də söyləyib.

Özlərinin də müsəlman millət vəkilləri olaraq müsəlmanlar üzərində məsuliyyətlərinin olduqlarını qeyd edən Ellison “müsəlmanların bu ölkədəki müsbət tövhələrini əlimizdən gəldiyi qədər daha da gözlər önünə sərməyə çalışacağıq”, – deyə qeyd edib.

İndiana əyalətini təmsil edən Andre Karson da çıxışında müsəlmanlar üçün tarixi baxımdan əhəmiyyətli bir dövrdən keçdiklərinə diqqət çəkərək, müsəlmanların siyasi anlamda daha məsuliyyətli davranmasını bildirib.

İslamın Amerikada ən sürətli yayılan din olduğunu nəzərə çatdıran Karson bunları da əlavə edib:

“11 sentyabr hadisələrindən sonra siyasi məkanda müsəlmanları təmsil edəcək heç kimin olmadığını çox sonra görə bildik. ABŞ-da təqribən 8 milyon müsəlman var. Lakin sadəcə 2 nəfər konqres üzvü var və bunun sayını artırmalıyıq. Bizim siyasətdən uzaqda qalma kimi bir imkanımız yoxdur”.

Karson, müsəlmanların ABŞ-da küçələrdə qürurla gəzmələrinin vacib olduğunu bildirərək “şəxsiyyət vəsiqələrini gizlətməyin. Müsəlman qardaşınızı yolda gördüyünüz zaman salam verin və bundan dolayı qürur duyun” açıqlamasını verib.

Toplantının baş orqanizatorlarından olan Uyar vediyi açıqlamada ABŞ-da müsəlmanların siyasət sahəsindəki təmsil olunmalarına diqqət çəkib.

Uyar, “müsəlmanlar ABŞ cəmiyyətinin ana aktyolarından biridir. Bu eyni zamanda böyük məsuliyyətdir. İslam əleyhinə keçirilən propaqandalara qarşı, müsəlmanlar təşkilatçı olaraq bu əks təbliğatlara qarşı duruş gətirməlidir”, deyə bildirib.

İçində məscidin də olduğu Amerika Diyanət Mərkəzində mədəniyyət mərkəzi, cəmiyyət binası, qonaq evi və ənənəvi türk evləri də var.

Tikilinin ən mərkəzi binası olan məscid 16-cı Osmanlı memarlığına uyğun inşa edilib. ABŞ-dakı iki minarəli məscid olan ibadət evində həyəti də daxil olmaqla eyni anda 3 min nəfər ibadət edə biləcək. Səlcuq memarlıq üslubunda inşa edilən mədəniyyət mərkəzində isə kitabxana, konfrans və sərgi salonu, yığıncaq salonu var.

Prof.Dr Sami Erdem tərəfindən idarə olunacaq mədəniyyət mərkəzinin içindəki İslam Araşdırmaları Mərkəzində isə Türkiyədən ABŞ-a təhsil almaq üçün gedəcək tələbələrə də xidmət göstəriləcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...