Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ-dan Paraqvay prezidentinə təzyiq: Səfirliklə bağlı verdiyin tapşırığı geri götür

Paraqvay prezidenti Mario Abdo Benitezi qərarını geri götürməsini istəyib.

ABŞ-ın vitse-prezidenti Mike Pence səfirliyini Qüdsdən Təl-Əvivə daşıma qərarı alan Paraqvay prezidenti Mario Abdo Benitezi telefonla zəng edərək qərarını geri götürməsini istəyib.

Din.az xarici mətbuata istinadən məlumatına görə, Ağ Evdən bildirilib ki, ABŞ vitse-prezidenti Mike Pencein, Paraqvay Dövlət Başçısı Mario Abdo Benitezi arasında telefon danışığı olub.

Pence ilə Benitezin Paraqvayın İsraildəki səfirliyini köçürmə qərarını danışdıqlarını bildirib. Açıqlamada “vitse-prezident güclü bir şəkildə Benitezin, Paraqvayın bir əvvəlki qərarı olan ABŞ və İsrail ilə güclü əlaqəsinin tarixi bir göstəricisi olan qərarını davam etdirməsi çağırışını edib”, – deyə qeyd olunub.

Dövlət Başçısı Benitezin isə Paraqvay ilə İsrailin münasibətlərinin davam edəcəyini bildirdiyi qeyd edilib.

ABŞ və Qvatemaladan sonra mayın 21-də Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən Paraqvay səfirliklərini dünən yenidən paytaxt Təl-Əvivə köçürmə qərarı alıb. Paraqvay Xarici İşlər Naziri Castiglion, mövzuya bağlı verdiyi açıqlamada “Paraqvay Orta Şərqdə geniş, ədalətli və daimi bir sülhə nail olmaq üçün regional diplomatik səylərin cəmləşməsinə kömək etmək istəyir”, – deyə bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...