Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-dan Suriyaya tələb: Ölümə görə 300 milyon ödənilməlidir

İddia: “Suriya hökuməti qəsdən jurnalisti öldürüb”.

ABŞ məhkəməsi amerikalı jurnalist Meri Kolvinin ölümünə görə Suriya hökumətinin məsuliyyət daşıdığını bəyan edib.

Din.az xəbər verir ki, məhkəmə Suriya administrasiyanın jurnalistin ailəsinə 300 milyon dollardan çox kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Hakim Berman Cekson bəyan edib ki, Kolvin məqsədli şəkildə artilleriyanın hədəfi seçilib. Qərarda jurnalistin yaxınlarına 302 milyon dollar kompensasiyanın ödənilməli olduğu deyilib.

Qeyd edək ki, Meri Kolvin və fransalı fotoqraf Remi Oşlik 2012-ci ildə Suriyanın Xüms şəhərində artilleriya zərbəsi nəticəsində ölüblər.

2016-cı ildə Kolvinin ailəsi məhkəmədə iddia qaldıraraq Suriya hökumətinin qəsdən jurnalisti öldürdüyünü bildiriblər.

Suriya lideri Bəşər Əsəd isə Kolvinin ölkəyə qeyri-qanuni şəkildə daxil olduğunu və təsadüf nəticəsində öldürüldüyünü bəyan etmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...