Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ diplomatı “Twitter”də FETÖ tərəfdarına dəstəyə görə Türkiyə XİN-ə çağırılıb

Türkiyə FETÖ təşkilatına qarşı mübarizəni davam etdirir.

ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Amerika Səfirliyinin hesabının “Twitter”də FETÖ tərəfdarının xəbərinə dəstək verməsinə görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Din.az bildirir ki, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Amerika diplomatı Ceffri Hoven izahat işi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, ABŞ səfirliyinin akkauntu sosial şəbəkədə FETÖ tərəfdarı, terrorçu Ergün Babaxanın xəbərinə bəyənmək işarəsi qoyub. Babaxan 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhddən sonra Türkiyəni tərk edib.

O, özünün “Twitter”dəki hesabında Milliyətçi Hərəkat Partiyasının lideri Devlət Baxçeli ilə bağlı düşmənçiliyi təbliğ edən xəbərlər paylaşır.

ABŞ-ın Türkiyədə səfirliyi “Twitter”də bildirib ki, terroçunun xəbərinə bəyənmək işarəsi “səhvən” qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...