Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ ərəblərə xəbərdarlıq edir: Əsədlə yaxınlaşmayın

“Əsəd hökumətiylə diplomatik münasibətlərdən imtina edin”.

ABŞ ərəb dövlətlərinə Suriya Prezidenti Bəşər Əsədlə münasibətlərini bərpa etməyə mane olmağa çalışır.

Din.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” yayıb.

“Tramp administrasiyası israr edir ki, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Suriyanın bərpasından və Əsəd hökumətiylə diplomatik münasibətlərin yenilənməsindən imtina etsinlər. Suriyanın bərpasında atılacaq istənilən addım bu ölkələrin ABŞ sanksiyaları ilə qarşılaşmasıyla nəticələnə bilər. Amerika hökuməti çalışacaq ki, Suriyanın izolyasiyası Əsəd siyasi reformlar keçirənə və İran qüvvələrini Suriyadan çıxarana qədər davam etdirsin. Vaşinqton bu barədə müttəfiqlərini BƏƏ-nin keçən ilin dekabrında Dəməşqdə səfirliyini yenidən açmasından sonra xəbərdar edib”, – deyə məlumatda bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...