Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağladı

ABŞ iki tərəf arasında sülhün əldə olunması üçün səylərdən imtina edir.

Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı ofisi bağlanıb.

Din.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, administrasiya bu qərarı dəqiq təhlildən sonra qəbul edib. Bununla yanaşı, qeyd olunur ki, Dövlət Departamenti iki tərəf arasında danışıqlar yolu ilə sülhün əldə olunması üçün səylərdən imtina etmir.

Əvvəllər ABŞ hakimiyyəti Fələstin Azadlıq Təşkilatının ofisini bağlamamaq qərarına gəlib. Lakin bir müddət sonra Birləşmiş Ştatlar BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...