Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ Fəthullah Güləni Türkiyəyə verəcək?

Fəthullah Gülənin ekstradisiyası imkanları müzakirə edilir.

ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək.

Din.az bildirir ki, bunu “TASS”a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.

O əlavə edib ki, ABŞ bu məsələ ilə əlaqədar qərarı Türkiyə hökuməti iş üzrə sənədləri təqdim etdikdən sonra qəbul edəcək: “Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı bizə verə biləcəyi istənilən materialları nəzərdən keçirəcəyik. Biz ekstradisiya barədə qərarı faktlar əsasında və ABŞ qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...