Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-ı bəşəriyyətin məhvinə səbəb ola bilər – Zərif

“Bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır”.

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Din.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb.

XİN rəhbəri bildirib: “ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması haqqında müqaviləyə zidd olaraq, nüvə silahından böyük asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq.Trampın Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin düşüncəsizlikdən irəli gəlir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...