Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ ikinci ərəb baharına başlayacaq

“ABŞ-ın antirusiya sanksiyaları nəticəsində onun müstəmləkəsinə çevrilirlər.”

Avropanın üçüncü ən böyük qaz tədarükçüsü olan Əlcəzairdə ikinci ərəb baharı başlaya bilər.

Din.az xəbər verir ki, bunu “Haqqin.az” saytına müsahibəsində İsrail politoloqu Yuri Boçarov deyib.

“Avropada artıq anlayırlar ki, ABŞ-ın antirusiya sanksiyaları nəticəsində onun müstəmləkəsinə çevrilirlər. Bu gün Vaşinqton Avropaya enerji daşıyıcılarının əsas yollarının bağlanılması strategiyasını gerçəkləşdirir. Həm İrana, həm Rusiyaya qarşı sanksiyalar, həm “Şimal axını-2” layihəsinin qarşısının alınmasına edilən cəhdlər bu strategiyanın bir hissəsidir.

Mən yaxın zamanlarda Əlcəzairdə ikinci ərəb baharının başlayacağını görsəm, təəccüblənmərəm. Axı bu ölkə Avropaya üçüncü ən böyük qaz tədarükçüsüdür. Unutmaq lazım deyil ki, Afrikada inqilablar əsasən Avropaya enerji ixrac edən ölkələrdə – Liviya və Misirdə baş verdi”, – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...