Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ-ın çağırışı və İranda XAOS bizə lazımdırmı?

“İranı da illərdir Ermənistana dəstək verməyə ABŞ məcbur edir”.

ABŞ-ın sevgisini, istəyini anlamaq hələ də mümkün olmur. İranda azacıq qımıldanma görən kimi, dərhal rəsmi açıqlama verdilər ki, bəs “ABŞ İran xalqının yanındadır.”

Din.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, yaxın keçmişimizdə Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı açıqlamalarda da təqribən bu ifadələr yer alırdı:

“Bunun şifrəsini başqa bir yerdə, izahlı lüğətlərdə axtarmayın, bütün məsuliyyətimlə deyə bilərəm ki, ABŞ İranda xaosun yanındadır. Milliyyətçi, bütövçü, dinçi duyğularınızı bir kənara qoyun və bir suala cavab verin: dünyanın bu vaxtında İrandakı xaos bizə lazımdırmı? Suriya ilə həmsərhəd olan Türkiyənin durumunu məgər görmürsünüz? 3 milyonluq bir qaçqın köçünün altında əzilmiş durumdadır. İranda xaos olarsa, Güneydən bizim soydaşlarımızın üz tutacaqları yer Azərbaycanımız olacaq. Bu da ən azı on milyonluq qaçqın köçü deməkdir. Özümüzün ağır sosial şərtlərində bu yükü qaldırmaq iqtidarındayıqmı? Xeyli milli təəssübkeşlikdən uzaq Azərbaycan türkü İran rejimi üçün ölümünə mübarizə aparacaq, hətta buradan da xeyli anlaqsız sürüsü oraya yardıma qoşacaq. Bu tip anlaqsız dinçilərin yalandan cihad uyduraraq Azərbaycandan gedib Əsədə qarşı Suriyada döyüşməyini yəqin xatırlayırsınız”.

Millət vəkili vurğulayıb ki, bu cür adamlar Qarabağ üçün savaşmazlar, ancaq bir siyasət mollasının çağırışı ilə Vətəni dünəndən satarlar:

“Ona görə də ABŞ-ın İran xalqının yanında, böyründə, başında, ayağında olmasının bizim üçün, oradakı həmvətənlərimiz üçün heç bir faydasını görmürəm. Əgər ABŞ orada milli çoxluq olan azərbaycanlıların dövlət yaratmaq haqqını tanıması ilə bağlı açıqlama verilsə idi, onda bəlkə nələrsə düşünmək olardı”.

Millət vəkilinin sözlərinə görə, İran xalqının yanında olan ABŞ illərdir dəyişməz bir siyasətlə erməni xalqının da yanındadır:

“Yəni Azərbaycan Respublikasının və xalqının qarşısındadır. Siz bir dəfə də olsun erməni separatizminə qarşı ABŞ-ın Rusiyadan fərqli bir cizgidə olduğunu duydunuzmu? Dağlıq Qarabağa illərdir maliyyə yardımı birbaşa ABŞ-dan gəlir, həm də bunu çəkinmədən, açıq-aşkar edirlər. Hətta İranı da illərdir Ermənistana dəstək verməyə ABŞ məcbur edir. Fikrimcə, ABŞ-ın İrana qarşı əməldə sərt davranmamasının tək bir səbəbi məhz qonşu ölkənin Ermənistana hərtərəfli iqtisadi dəstək verməsidir. İndi ABŞ-ın İranda da kiçik bir erməni azlığının maraqlarından çıxış etməyəcəyinə kimin təminatı var?

İrandakı Azərbaycan davasının bəsit dəyərləndirməsini aparmağa tələsməyək. Bu davanın dinçi məzmundan təmizlənməsi gerçəkləşməsə, təqribən Səttarxan, Xiyabani, Şəriət-Mədari ayaqlanmalarının mahiyyətinə uyğun bir cəhalət tablosu ortaya çıxacaq. Ona görə də İranda baş verənlər haqlı olaraq oradakı soydaşlarımızın durumuna görə içimizdə narahatlıq doğurur. Bu cür rejimlərin öz içindən demokratik islahatlar yolu ilə çözülməsi, milli, siyasi, sosial-iqtisadi haqların genişləndirilməsi bizim maraqlarımıza daha uyğundur və heç bir halda dünyanın bu başsız vaxtında İranda xaosun, qarşışıqlıqların olmasının hansısa faydasından danışa bilmərik”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...