Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-ın fələstinlilərin qan gölündəki bayramı – Video

“Çeçenistanda kimsə asqıran kimi ABŞ Dövlət Departamenti reaksiya verir.”

Qüdsün ABŞ-dakı səfirliyinin açılışı münasibətilə təntənəli mərasim və Qəzza sektorunda fələstinlilərin qan gölməçələri! 2018-ci ilin 14 mayı tarixə bu cür düşəcək.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Ramzan Kadırov paylaşıb.

“Çeçenistanda kimsə asqıran kimi ABŞ Dövlət Departamenti reaksiya verir, amma İsrail tərəfindən axıdılan ərəb qanına rahatlıqla yanaşırlar. ABŞ və İsrail daha çox Yaxın Şərqdə sülh və stabilliyin bərpasından qorxurlar. Başqa cür konflikt zonasında gərginliyin artmasını izah etmək olmaz. Fələstin xalqını qorxutmaq alınmayacaq, islam dünyası isə ABŞ-ın Qüdsü tam nəzarət altına almasına imkan verməyəcək”, – deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...