Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-ın hədələri Pakistanı qorxutmadı – “İranla əlaqələr davam edəcək”

Pakistanla İran hər zaman regional məsələlərdə birgə addım atıb.

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal ABŞ-ın sanksiyalarına rəğmən, İranla ticarət əlaqələrinə davam edəcəklərini açıqlayıb.

Din.az xəbər verir ki, Pakistanın suveren ölkə olaraq iqtisadi və ticari fəaliyyətinə özünün qərar verəcəyini bildirən Faysal heç bir sanksiyanın İranla münasibətlərinə təsir etməyəcəyini nəzərə çatdırıb. O, Pakistanla İranın hər zaman regional məsələlərdə birgə addım atdığını vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sanksiya tətbiq edilən İranla əlaqələri davam etdirən ölkələri də eyni aqibətin gözləyəcəyi ilə bağlı xəbərdarlıq edib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...